2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
Sertifikatlaşdırma imtahanından uğurla keçə bilməyən müəllimlərlə bağlı ciddi narahatlıq yaranıb. Bəzi ekspertlər düşünür ki, müəllimləri imtahana çəkməyə ehtiyac yoxdur.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa Metbuat.az-a vurğulayıb ki, sertifikasiya imtahanı müəllimlərin incidilməsi üçün düşünülmüş məqsədyönlü addımdır. O bildirib ki, bu imtahanların heç bir elmi əsası yoxdur:
“Müəllim birinci növbədə təcrübədir. Müəllimdən yüksək səviyyədə bilik tələb etmək üçün biz orta məktəbin standartlarını qaldırmalı, davamiyyəti təmin etməli, repetitordan asılılığı yekunlaşdırıb, məktəbdən bilik əldə etmək imkanı yaratmalıyıq. Bunların heç biri orta məktəbdə yoxdur. Bizim pedaqoji istedada sahib müəllim hazırlamaq üçün universitet potensialımız da yoxdur. Universitetimiz, yaxşı müəllimlərimiz, rektorumuz olsa da, söhbət bundan getmir. Universitetin infrastrukturu müəllim hazırlamağa kifayət qədər deyil. Digər tərəfdən, müəllim peşəsinə bağlı olma ənənəsi Azərbaycanda o qədərdə yayılmayıb. Biz bu illər ərzində əvvəlki idealist yanaşmanı yarada bilmədik. Müəllim peşəsi üzərində eksperimenti keçirənlərin özləri savadsız və istedadsızdır. Onlar hansısa xarici ölkədə bir illik, altı aylıq hansısa bir kursa adını yazdırıb, amma xaricdə oxuduqlarını deyirlər. Auditoriyada olmayan, amma auditoriyanın problemlərini həll eləməyə çalışanların bu hərəkəti ciddi ziddiyyət yaradır”.
Fazil Mustafa hesab edir ki, müəllimləri dövlətdən narazı vəziyyətə gətirməkdənsə, onları qorumaq, savadlı gənc nəslin yetişməsində dəstək olmaq lazımdır:
“Müəllimlər Azərbaycanın dəyəridir. Təcrübəli müəllimi sıradan çıxarmaqla savadlı gəncliyimizin yetişməsinə mane oluruq. Müəllimin vaxtı 10- 15 il sonra hansısa bir prosesdə imtahan stressini yaşamağa hazır olmayacaq qədər məhduddur. Bütün bunlar cəmiyyətdə böyük narahatlıq yaradır. Hesab edirəm ki, bu məsələyə fərqli formada yanaşılmalıdır.
Əsas məsələ infrastrukturu normal qurmaqdır. Bir məktəbdə şagirdlər üçün standartlara cavab verən, idman meydançası, laboratoriya yoxdursa, həmin məktəbdən çox şey tələb etmək olmaz. Hazırda bu istiqamətdə, Heydər Əliyev Fondu çox modern məktəblər tikib. Amma əsas məsələ həmin məktəbin içini zəka ilə doldurub canlandırmaqdır. İdarəetmə yoxdursa, bu gələcəyimiz üçün narahatlıq yaradan amillərdən birinə çevrilə bilər”.
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, təkrar sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin əmək müqavilələrinə xitam veriləcək.
O qeyd edib ki, ötən il müvafiq müsabiqə şərtini ödəməyən müəllimlərə bu il təkrar imtahan vermək üçün şans yaradılsa da, onlar yenə də ümumi müsabiqə şərtini ödəyə bilmədilər:
“Belə olan halda Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş sertifikasiya qaydalarına uyğun olaraq onların əmək müqaviləsinə xitam verilir. Burada vacib olan element güclü pedaqoji heyətin formalaşdırılması və sertifikatlaşdırılma prosesinin qarşıya qoyduğu məqsədin reallaşmasıdır. Müasir dövrün təhsil çağırışlarına, proqramlarına, islahatlarına cavab verməyən, öz ixtisası ilə bağlı kifayət qədər informasiya sahibi ola bilməyən şəxslər bu proses vasitəsilə təhsildən uzaq tutulmalıdır”.
Elçin Əfəndinin açıqlamasına görə, həmin şəxslərin pedaqoji fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən kompromisə gedilə bilər. Ekspert hesab edir ki, həmin şəxslərlə bağlı humanitar bir qərar da qəbul oluna bilər.
“O şəxslər bəzi texniki işlərlə təmin oluna bilərlər. Bu zaman onların sosial vəziyyəti nəzərə alınacaq. Sertifikasiya tələblərini ödəməsə də, imtahan nəticəsi digər müəllimlərə görə daha yaxşı olanlar təhsil müəssisələrində bəzi istiqamətlər üzrə işlərinə davam edə bilərlər. Amma əksəriyyətinin əmək müqaviləsinə xitam veriləcək. Onların növbəti fəaliyyətinin necə olacağı özlərindən asılıdır. Əgər hazırlaşıb uğurlu nəticə qazansalar, yenidən təhsilə qayıda bilərlər”.
Xebertv.info