Təkrar sertifikasiyadan keçə bilməyənlər arasında ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinə baxılacaq

Təkrar sertifikasiyadan keçə bilməyənlər arasında ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinə baxılacaq Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib. Nazir qeyd edib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq. Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki, təhsili bir addım irəli apara biləcəyik. Bizə, sadəcə, səbir və vaxt lazımdır.
Xatırladaq ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

Tehsil-press.az



Oxşar xəbərlər