Sertifikasiya yekunlaşsa da, nə etirazlar, nə də müzakirələr səngimək bilir. Bu dəfə də yenidən imtahan verən ibtidai sinif müəllimlərinin yarısının uğurlu nəticə göstərə bilməyib keçid balını toplamaması cəmiyyətdə səs-küy yaratdı. Bundan əsas narahat olan tərəf isə valideynlərdir. Onlar ibtidai sinif müəllimləri arasında savadsızlığın tüğyan etməsindən narazıdırlar.
Bəs ibtidai sinif müəllimlərinin yenidən imtahandan kəsilməsinə səbəb nədir?
“Yeni Sabah” sözügedən məsələni təhsil ekperti Cahid İmanlı ilə müzakirə edib. Ekspert bildirib ki, həmin müəllimlərə yenidən hazırlaşmaları üçün kifayət qədər vaxt verilmişdi ki, hamı öz üzərində çalışsın:“2023-cü ildə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunmuşdu və nəticələrə görə onların 10 faizi yüksək, 53 faizi qənaətbəxş nəticə göstərmişdi. Geridə qalan 30 faizin nəticəsi isə yaxşı olmadığından onlara yenidən hazırlaşmaq imkanı verilmişdi. Elm və Təhsil Nazirliyi həmin müəllimlərə qarşı humanist davranış sərgilədi. Beləliklə, onların işinə xitam verilmədi. Əksinə, yenidən hazırlaşıb imtahan vermələri üçün onlara vaxt qoyuldu. Bildiyimiz kimi, bu yaxınlarda sertifikasiyadan kəsilənlərin yenidən imtahanı oldu. Həmin imtahanda iştirak edən ibtidai sinif müəllimlərinin təxminən yarısı uğur qazana bilmədi. Bunun bir sıra səbəbləri var. Vaxtilə, kollec, texnikumlara qəbul olunan ibtidai sinif müəllimləri o qədər də savadlı deyildilər. Hətta Dövlət İmtahan Mərkəzinin paylaşdığı statistikada da sertifikasiyadan kəsilən müəllimlərin hansı kollec və texnikumdan məzun olması haqda məlumatlar öz əksini tapmışdı. Bu statistikaya əsasən də demək mümkündür ki, uğurlu nəticə göstərə bilməyən müəllimlərin əksəriyyəti həmin tədris müəssisələrini bitirənlərdir. Ən böyük səbəblərdən biri də elə məhz budur”.
C.İmanlı nəticələrə etiraz edən ibtidai sinif müəllimlərinin narazılığına da münasibət bildirib: “Əslində ibtidai sinif müəllimlərinin narazılığının heç bir mənəvi və hüquqi əsası yoxdur. Əgər 90 faiz ibtidai sinif müəllimi sertifikasiya imtahanından keçərək, tələb olunan balı toplayırsa, deməli problem geridə qalan 10 faizdədir. Onlar öz üzərində çalışmalı idilər. Çox təəssüflər olsun ki, təkrar sertifikasiyaya cəlb olunan müəllimlərin 51 faizi imtahanı keçə bilsələr də, digər iştirakçılar yenidən keçid balını toplaya bilməyiblər”.
Tehsil-press.az