ADU-da Şekspirin vəfatının 400 illiyinə həsr olunan “Dahilər ölmür” adlı tədbir keçirildi

ADU-da Şekspirin vəfatının 400 illiyinə həsr olunan “Dahilər ölmür” adlı tədbir keçirildi 22 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Uilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunan “Dahilər ölmür” adlı tədbir keçirildi. Universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının və “Sönməz məşəl” mədəni əlaqələr İctimai birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ADU-nun professor-müəllim heyəti, tələbələr, o cümlədən Nəsimi rayonu 35 saylı tam orta məktəbin müəllim və şagirdləri də iştirak edirdilər.
Öncə Avropa teatr və sənətinin, ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan U. Şekspirin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olundu, eyni zamanda universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri onun sənətinin ölməz örnəklərindən olan “Romeo və Cülyetta”, “Otello” əsərlərindən səhnəciklər, həmçinin bir neçə sonet və tərcümələrini səsləndirdilər.
Sonda Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbiri yüksək qiymətləndirərək, bu tədbirin ərsəyə gəlməsində universitet rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirdi.

tehsil-press.az

Oxşar xəbərlər