Məşhur müğənni həbs olundu - FOTO

Məşhur müğənni həbs olundu - FOTO Amerikalı məşhur müğənni Castin Timberleyk həbs edilib.

Hadisə Nyu Yorkda məşhurların toplaşdığı məkanlardan birində baş verib.

Timberleyk sərxoş vəziyyətdə avtomobil idarə etməkdə, həmçinin "dayanma-durma qadağandır" nişanının tələbinə əməl etməməkdə və zolağa riayət etməməkdə ittiham olunub.

Bundan əlavə, alkotester götürməkdən imtina etdiyi üçün onun sürücülük vəsiqəsi ləğv edilib.

Müğənniyə qarşı rəsmi ittiham irəli sürülüb. O, iyulun 26-da məhkəmə qarşısına çıxarılacaq.

Məşhur müğənni həbs olundu - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər