Bu şəxslər nikahsız cinsi əlaqəyə girsə 5000 cərimə edilə bilər

Bu şəxslər nikahsız cinsi əlaqəyə girsə 5000 cərimə edilə bilər Tahir Kərimli parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib: “Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundan və nikahdan kənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə rayon icra hakimiyyəti nikaha icazə verir və buna uşaq psixologiyası pozulur deyirik. Belə olan halda 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynləri 5000 manat cərimə edilsin. Deyək ki, necə belə tərbiyəsiz uşaqlar böyüdüb nəzarət etmirsiniz?!

Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəksinlər. Yoxsa mində bir hadisə olur ki, icazə alıb bir il tez nikah qurulur onu problem edirik. Hesab edirəm ki, 12-ci maddə qalmalıdır əvəzinə yetkinlik yaşına çatmayanların nikahdan kənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun”.

Tehsil-press.az

Oxşar xəbərlər