Təhsil sistemində müəyyən islahatlar həyata keçirilir və inanırıq ki, bu uzun müddətə təhsil sisteminə öz töhfəsini verəcək.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, çox zaman məişət həyatı ilə təhsil siyasəti qarışdırılır: "Təəssüf ki, hələ də məişət həyatı digərinə nisbətdə daha çox görülür. Nəticə onu deməyə əsas verir ki, hələ də təhsil siyasətinin niyə və necə olduğunu maraqlı tərəflər tərəfindən anlaşıldığını görmürük. Bizim xeyli sayda çağırışlarımız var, bunun icrası üçün əlimizdən gələni etməliyik".
E.Əmrullayev bildirib ki, təhsil sisteminin əlçatan, eləcə də keyfiyyətli olması, həmçinin bunların hər ikisinin bir arada olması əsas hədəflərdəndir.
Tehsil-press.az