Emin Əmrullayev: Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb

Emin Əmrullayev: Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdə 40 min 600 müəllim sertifikasiyadan keçib.

Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

"Bütün müəllimlərin sertifikasiya imtahanına düşən bəzi suallara yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlər əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismini əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir".

Tehsil-press.az

Oxşar xəbərlər