Gələn il bu fənn müəllimləri sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev

Gələn il bu fənn müəllimləri sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev Gələn il hansı fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunacağı növbəti aylarda açıqlanacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bizim həm təbiət, həm sosial, bədən tərbiyə, təsviri incəsənət və digər fənn müəllimlərimiz qalıb.

"Yəqin ki, növbəti sertifikatlaşdırmaya cəlb olunmada hansısa qarışıq modeldən istifadə olunacaq" - deyə nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər