Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dokota Universitetinin professoru Azər Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Li qruplarının şəbəkələri” mövzusunda elmi seminar keçirib.
Məruzəçi əvvəlcə Li qrupları barədə məlumat verib. Li qruplarının şəbəkələrinin xassələrini sadalayan alim bu qrupların bərkliyi, arifmetikliyi və sonluluğu haqqında Margulis teoremlərini şərh edib. Daha sonra isə isotipik Li qruplarında şəbəkə olmayan diskret qruplar barədə iştirakçıları məlumatlandırıb.
Sonda məruzəçi fakültənin professorları Ziyatxan Əliyev, Sadiq Abdullayev, Rəşid Əliyev, Hamlet Quliyev, Əli Əhmədovun mövzu ilə bağlı suallarını cavablandırıb.
Tehsil-press.az