Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib.
Fakültə TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova elmi seminarın mövzusu və məruzəsi ilə bağlı iştirakçıları məlumatlandırıb.
Fakültənin ingilis bölməsində təhsil alan üçüncü kurs tələbəsi Nəzrin Beydiyeva “Müasir dövrdə araşdırma jurnalistikasının problemləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi araşdırma jurnalistikasının yaranma tarixi, inkişaf meyilləri, eyni zamanda, müasir dövrdə jurnalistlərin qarşılaşdığı əsas problemlərdən bəhs edib.
Sonra Jurnalistika fakültəsi TEC sədri Ruhiyyə Balakişiyeva çıxış edərək növbəti tədris ilində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə fərqli formatda keçirilməsi planlaşdırılan elmi seminarlar, debatlar, simpoziumlar və digər tədbirlər haqqında məlumat verib.
Sonda tələbələrin sualları əsasında diskussiya aparılıb.
Tehsil-press.az