Çexiyanın Karlova Universitetinin professoru BDU-da elmi seminar keçib

Çexiyanın Karlova Universitetinin professoru BDU-da elmi seminar keçib Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Aqressiya və onun təkamülü” mövzusunda elmi seminar olub.
Seminarda Çexiyanın Karlova Universitetinin Zoologiya kafedrasının Ekologiya və etologiya bölümünün professoru Daniel Frintanın mövzu üzrə məruzəsi dinlənilib. D.Frinta məruzəsində onurğalı heyvanların aqressiyasının təkamüldə formalaşması haqqında məlumat verib.
Professor qeyd edib ki, onurğalı heyvanların aqressiyasına təsir göstərən əsas faktorlar heyvanın fiziologiyasında baş verən dəyişikliklər, androgenlərin və serotoninin miqdarının fəsildən asılı olaraq dəyişməsidir.
Məruzəçi öz tədqiqat qrupu ilə birgə Avropanın müxtəlif əraziləri, Livan, İran və s. kimi ölkələrin, həmçinin səhralıq ərazilərdə yayılmış sürünənlərin ontogenezin müxtəlif dövrlərində aqressiyasını əmələ gətirən amilləri araşdırıb.
D.Frinta təkamüldə aqressiyanın meydana çıxmasına səbəb olan amilləri qeyd edib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər