Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB İranın Qafandakı baş konsulu Morteza Abedin Varam qətlə yetirildiyi bildirilən sürücünün ölmədiyini, vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Varam məsələ ilə bağlı polisə şikayət edildiyini diqqətə çatdırıb:

“Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır”.

12:46

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

APA xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.

İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər