Kanadada qətliam törədən Ermənistan vətəndaşı olub

Kanadada qətliam törədən Ermənistan vətəndaşı olub Kanadanın Toronto şəhərində mikroavtobusu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücü erməni olub.
Kanada polisi müəyyənləşdirdiyinə görə, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. O, saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.
Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermirlər.
Qeyd edək ki, Furqonun Yanq və Finç küçələrinin kəsişməsində insanların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, 15 nəfərsə yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər