TƏCİLİ! Rus sərhədçiləri Zəngəzurdakı postlarını yığışdırır

TƏCİLİ! Rus sərhədçiləri Zəngəzurdakı postlarını yığışdırır Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumata əsasən, onlar Qorus və Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrindən çıxmağa başlayıblar.

Qeyd edək ki, rus qoşunları 44 günlük müharibədən sonra - 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşmışdılar.

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Ayk Koncoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər