Hər il Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı narazı fikirlər səsləndirilir. Onlar arasında Azərbaycan dili və ədəbiyyat müəllimləri yer alır.
Maraqlıdır, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilən imtahanların çətinlik səviyyəsi nə ilə əlaqəlidir?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, hər il müəllimlərin işə qəbulu imtahanında Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin narazılıqlarını görmək mümkündür:
“Bu il daha çox sertifikasiya imtahanı ajiotaj yaratdı. Əsasən də ikinci şansa daxil olub kəsilmiş ibtidai sinif müəllimlərinin səslərini daha aydın eşidə bildik: kompüter işləmir, ekran qaralır, kiməsə cavablar hazır verilir kimi absurd fikirlər.
Biri nəsə deyirsə, digərləri də təkrar edir. Görmədik ki, gecəsini-gündüzünə qatıb, nəticə göstərən müəllim etiraz edə. Nə oldu, kəsilən müəllimlərin kompüterininin ekranını qaraltdılar?
Digər tərəfdən, hər il müəllimlərin işə qəbulu imtahanında Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin narazılıqlarını da izləyirik. Onlar dərsliklərdə olmayan, əcaib, görmədikləri suallarla rastlaşdıqlarını iddia edirlər”.
Ekspert qeyd edib ki, suallar dolayı yolla orta məktəb dərslikləri ilə bağlı olur:
“Müəllimi şagirddən fərqləndirmək lazımdır. Bəzi suallar daha dərin düşüncə və mühakimə tələb edə bilər. Nəzərə alsaq ki, müsabiqədə müəyən sayda vakant yer uğrunda minlərlə müəllim iştirak edir və Azərbaycan dili və ədəbiyyatı müəllimləri üstünlük təşkil edir. Bu baxımdan seçim etmək üçün daha dərin məzmunlu sualların salınmasına ehtiyac var.
Bundan əlavə, həmişə müəllimləri müdafiə etmişəm. Səhv variantı olan, məzmun baxımdan düzgün olmayan sualların qəti əleyhinəyəm”.
Tehsil-press.az