
Uzun illər federasiyanın başında dayanan, hazırda isə biznes fəaliyyəti ilə məşğul olan SOCAR-ın keçmiş birinci şəxsi Bayıl klubuna maddi dəstək göstərmək istəməyib.
O, bununla bağlı yaxın çevrəsinin təklifini məqbul saymayıb. R.Abdullayev futbol sektoruna qayıtmaq niyyətində olmadığını deyib.
«Səbail» 2016-cı ildə onun təşəbbüsü ilə yaradılıb. «Dənizçilər» ilk iki ildə oğlu Rəşad Abdullayevin nəzarətində olub.
AFFA-nın eks şefinin övladı bu müddətdə Müşahidə Şurasının sədri postunu tutub. Daha sonra isə klubu Tamerlan Abdullayev kurasiya edib.
Adını çəkdiyimiz şəxs isə R.Abdullayevin qardaşı oğludur. Üç il öncə bu ailənin «Səbail»lə bütün bağlantıları kəsilib.
«Səbail» tamamilə Rauf Vəliyevin - «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədrinin «çətir»i altında fəaliyyət göstərib.
Rövnəq Abdullayevin keçmiş dostu bu ilin əvvəlində «dənizilər»dən üz döndərib. Premyer Liqada yerini itirən klub hazırda sahibsizdir.
Tehsil-press.az