Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan tədbir keçirib

Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan tədbir keçirib 4 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan tədbir keçirib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Poliefir- və polikarbonat materiallar laboratoriyasının elmi işçisi vəzifəsini icra edən Ülviyyə İsmayılova açıb.

Sonra Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının elmi işçisi Sevda Abdalovanın “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda çıxışı dinlənilib. O, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqları və gələcək perspektivlərini əks etdirdiyini, ümumbəşəri və milli dəyərlərə söykəndiyini qeyd edib. Məruzəçi Konstitusiyanın hazırlanmasında tarixi keçmişimizlə yanaşı dünya dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqət edildiyini bildirib.

Daha sonra Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədovanın “Heydər Əliyevin şah əsəri - Konstitusiya” mövzusunda çıxışı dinlənilib. O, ölkəmizin tarixində mühüm hadisələrdən biri olan Konstitusiyanın qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib. Dahi şəxsiyyətin həyat təcrübəsinin, uzaqgörən zəkasının ən böyük əsəri olan Konstitusiyanın 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunduğunu qeyd edib. Məruzəçi Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və qoyduğu bütün hədəflər gerçəkləşdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər