Rayon təmsilçisi iki komandasını Bakıya "köçürdü" – QƏRİBƏ HAL

Rayon təmsilçisi iki komandasını Bakıya Premyer Liqaya qayıdan «Şamaxı» əvəzedicilərdən və 19 yaşadək futbolçulardan ibarət komandalarının fəaliyyətini bərpa edib.

I Liqanın çempionu kimi elitaya dönən əyalət təmsilçisi onlarla bağlı gözlənilməz qərar verib.

Əsas komandadan fərqli olaraq, «dubl» və U-19 doğma rayonda məskunlaşdırılmayıb. Hər iki kollektiv Bakıya köçürülüb.

Gündəlik məşqləri Bakıda keçirəcək və yalnız ev oyunları günü Şamaxıda publika önünə çıxacaqlar.

Bu da çox qəribədir. Bilindiyi kimi, Şamaxıda iki stadion mövcuddur. Biri UEFA ilə FİFA-nın vəsaiti hesabına tikilən və AFFA-nın balansında olan, digəri isə Olimpiya Kompleksinin arenası.

Hər iki meydançadan istifadə etmək mümkündür. Kompleksin qazonu elə də pis deyil.

Tehsil-press.az

Oxşar xəbərlər