UEFA “Qarabağ”a 500 min ödədi

UEFA “Qarabağ”a 500 min ödədi UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə uyğun olaraq "Qarabağ"ın hesabına pul köçürülüb.
Qitə futbol qurumu vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan çempionunun hesabına köçürüb.
"Qarabağ" 1 heç-heçəyə görə 190 min avro, əlavə bonusların paylanmasına görə isə 70 min 500 avro gəlir götürüb.
Yəni Ağdam təmsilçisi ümumilikdə 260 min 500 avro (493,855 manat) qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər