"Neftçi" Bakının məşhur ticarət mərkəzindən idarə olunacaq - İcarə müqaviləsi imzalandı

«Neftçi»nin mənzil-qərargahını hara köçürəcəyi məlum olub.

«Ağ-qaralar»ın idarə aparatı paytaxtın mərkəzində yerləşən məşhur ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.

Artıq tərəflər arasında danışıqlar başa çatıb və icarə müqaviləsi imzalanıb, bir neçə otaq kirayələnib.

«Neftçi» 24 ilə yaxındır istifadə etdiyi baza ilə bugünlərdə vidalaşacaq. Nobel prospektində yerləşən bazadan köç yaxınlarda başlayacaq.

Bununla bağlı müvafiq göstəriş Müşahidə Şurasından (MŞ) gəlib.

Şuranın qərarına əsasən, klubun işçi personalı bundan sonra müvəqqəti olaraq başqa məkanda fəaliyyət göstərəcək. Yer seçimi yaxın vaxtlarda dəqiqləşəcək.

Tehsil-press.az

Oxşar xəbərlər