“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.
Bu barədə onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib: “Hazırda hava limananındayıq, dönürük. İndi üçün anlaşma olmadı”.
Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.
Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. Rəhbərlik Sərgən Yalçını hələ də daha aşağı maaşa razı salmağa çalışır.
Tehsil-press.az