Bakı Ali Neft Məktəbi ilə Neftçi Geoloqları Cəmiyyətinin əməkdaşlıq imkanları müzakirə olunub

Bakı Ali Neft Məktəbi ilə Neftçi Geoloqları Cəmiyyətinin əməkdaşlıq imkanları müzakirə olunub SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov ilə Neftçi Geoloqları Cəmiyyəti İctimai Birliyinin sədri Elmir Qaragözov və sədr müavini Elvin Əhmədovun görüşü olub.
Əməkdaşlıq imkanları barədə fikir mübadiləsinin aparıldığı görüşdə əlaqələrin genişləndirilməsi üçün BANM-də Neftçi Geoloqları Cəmiyyəti bölməsinin yaradılması təklif edilib və təklif müsbət qarşılanıb.
Eyni zamanda, Neftçi Geoloqları Cəmiyyəti tərəfindən BANM-in rektoru Elmar Qasımova “Cəmiyyətin dostu” şəhadətnaməsi təqdim olunub.
1993-cü ildən fəaliyyət göstərən Neftçi Geoloqları Cəmiyyətinin əsas hədəfi gənc geoloq və mütəxəssislərin, həmçinin neft geologiyası elminin inkişafına xidmət göstərməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər