"Neftçi" rəhbərliyi böyük jest etdi, qapıları onların üzünə açdı

«Difai» I Liqada ikinci mövsümün hazırlıqlarına nə vaxt başlayacağını dəqiqləşdirib.

Qarabağ qazilərinin təmsilçisi iyulun 22-də çalışmalara start verəcək.

«Fədailər» Bakıda bir araya gələcək. məkan olaraq «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazası seçilib.

«Ağ-qaralar»ın rəhbərliyi Vətən müharibəsinin iştirakçılarına ehtiram əlaməti olaraq, onlara belə bir imkan yaradıb.

Elgiz Kərəmlinin çalışdırdığı komanda təlim-məşq toplanışının növbəti mərhələsini, böyük ehtimalla, Bakıətrafı qəsəbələrdən birində keçəcək. Hazırda bununla bağlı danışıqlar gedir.

Tehsil-press.az

Oxşar xəbərlər