“Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Milli azlıqların sıx yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilir. Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnikmədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları, milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir”.
Bunu Azərbaycan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.
O, qeyd edib ki, bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımları almaq imkanına malikdir: “Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə yardımları göstərilir”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur: “Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir”.
PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var: “Dövlət və özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr var. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I- IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir”.
Tehsil-press.az