Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb

Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi dayandırılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Aİ Nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz bildirib

"Xarici təsirin şəffaflığı haqqında” Qanun Gürcüstanın Aİ-yə daxil olmasına maneədir. Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”, - o, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimat keçirilib. Tədbirə Aİ-yə üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri və səfirliklərinin nümayəndələri dəvət olunub.

Tehsil-press.az

Oxşar xəbərlər