Bu gün Azərbaycanın Xalq artisti, pop musiqisinin tanınmış siması Aygün Kazımovanın ad günüdür.55 yaşını tamam edən sənətçi uzun illərdir Azərbaycan musiqi səhnəsində uğurla fəaliyyət göstərir. Güclü vokalı, fərqli səhnə tərzi və hit mahnıları ilə tanınan Aygün Kazımova ölkə pop musiqisinin formalaşmasında xüsusi rola malik sənətçilərdən biri hesab olunur. Yaradıcılığı dövründə çoxsaylı albomlara və mahnılara imza atan Aygün Kazımova təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də geniş dinləyici auditoriyası qazanıb.
O, eyni zamanda sosial və mədəni layihələrdə iştirakı ilə də diqqət çəkir. Sənətçinin ad günü münasibətilə pərəstişkarları və həmkarları sosial şəbəkələrdə onu təbrik edir, yaradıcılığına dair paylaşımlar edirlər. Aygün Kazımovanı ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Tehsil-press.az















