Tanınmış aktyor AXTARIŞA VERİLDİ

Tanınmış aktyor AXTARIŞA VERİLDİ “Atanın qızları” və “Yeralaş” teleseriallarında rolları ilə tanınan rusiyalı aktyor Mixail Kazakov borclarına görə axtarışa verilib.

TASS müvafiq məhkəmə sənədlərinə istinadən bu barədə məlumat yayıb. Kazakov qaçan borcluların və onların aktivlərinin müəyyən edilməsi ilə məşğul olan Federal Məhkəmə İcraçı Xidmətinin (FSSP) xüsusi bölməsi tərəfindən axtarışa elan olunub.

Məhkəmə materiallarına görə, aktyorun ümumi borcu təxminən 2 milyon rubl təşkil edir. Bu məbləğin 1,4 milyon rubldan çoxu ödənilməmiş kredit borclarıdır.

Bundan əvvəl Mixail Kazakovun “Gosuslugi” portalında aliment ödəməyən şəxslərin reyestrinə daxil edildiyi məlum olub. Portalın məlumatına görə, sənətçi 8 sentyabr 2025-ci il tarixində 216 303,56 rubl aliment borcu ilə rəsmi olaraq siyahıya əlavə edilib.

Kazakovun keçmiş həyat yoldaşı Yelena alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edib. Aliment ödənişləri aktyorun Yelena ilə nikah dövründə atalıq müəyyən edilmiş oğlu və qızına şamil olunurdu. Alimentin tutulması barədə qərar 2023-cü ilin oktyabrında Tver şəhərinin Zavoljsk Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Lakin məhkəmə sonradan Kazakovların oğlunun atası ilə yaşamalı olduğuna qərar verib. Bu qərardan sonra aktyor aliment ödənişlərindən azad edilib və 3 oktyabr 2025-ci ildə keçmiş həyat yoldaşına qarşı alimentin tutulması ilə bağlı iddia qaldırıb.

Tehsil-press.az

Oxşar xəbərlər