Türkiyənin Gənclər və İdman Nazirliyinin Kırşehir şəhərində yerləşən “Ahu Evran” tələbə şəhərciyində 105 il bundan əvvəl Bakı şəhərini işğaldan azad edən Qafqaz İslam Ordusunun Kırşehirdən olan 34 şəhidinin şərəfinə əbədi xatirə lövhəsinin açılışı olub.
Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kırşehir əyaləti üzrə rəhbəri Numan Nafiz Şahin Türkiyə-Azərbaycan dostluğunun əbədi olduğunu bildirib. O qeyd edib ki, bir ay bundan əvvəl Bakıda olarkən Qafqaz İslam Ordusunun şərəfinə Dağüstü parkda yaradılmış Bakı Türk Şəhidliyində əbədi uyuyan yüzlərlə şəhidlərin arasında 34 kırşehirlinin də adlarını görüb. Qərara alınıb ki, onların şərəfinə Kırşehirdə də xatirə lövhəsi yaradılsın. Xatirə lövhəsinin açılışı “Türkiyə-Azərbaycan gənclərinin mübadilə” proqramı çərçivəsində reallaşıb.
Sonra Xəzər Universitetinin tələbələri tərəfindən hər şəhidin adına bir ağac və şəhidin adı yazılmış lövhə bərkidilib.
Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun Kırşehirdən olan 34 şəhidini onların doğulduğu məmləkətdə yad etmək böyük şərəfdir.
Tehsil-press.az