Qarabağda toplar və minaatanlar yenidən işə düşdü

Qarabağda toplar və minaatanlar yenidən işə düşdü Ermənistan Silahlı Qüvvələri bu saatlarda təmas xəttinin ön cəbhəsindəki mövqelərimizə, eləcə də cəbhəyanı bölgələrdə dinc əhalinin yaşadığı məntəqələrə intensiv atəşləri davam etdirir.

Bu barədə tehsil-press.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini toplardan, minaatanlardan və 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə uyğun olaraq düşmənin susdurulması üçün cavab tədbirləri həyata keçirir .

tehsil-press.az

Oxşar xəbərlər