Bakıda fotoqraf öldürülüb. Qonşusu saxlanılıb - foto

Bakıda fotoqraf öldürülüb. Qonşusu saxlanılıb - foto Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov qətlə yetirilib. Bu barədə Qaradağ rayon prokurorluğunun məlumatında bildirilir.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

“Qafqazinfo”nun məlumatına görə, Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.

Bakıda fotoqraf öldürülüb. Qonşusu saxlanılıb - foto


Tehsil-press.az

Oxşar xəbərlər