Dərslər bu tarixdən başlayacaq? - Sakinlər nə deyir?

Dərslər bu tarixdən başlayacaq? - Sakinlər nə deyir? Azərbaycanda təhsil müəssisələrində dərslərin başlamasına ay yarım var. Lakin indidən dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı ekspertlər tərəfindən təkliflər səslənir, müzakirələr aparılır. Xatırladaq ki, Azərbaycan 2004-cü ildə Avropa təhsil sisteminə inteqrasiya etdikdən sonra dərslərin sentyabrın 15-i başlanılması və iyun ayının 14-nə qədər aparılması əsas götürülüb. Ondan əvvəl isə ölkənin orta ümumtəhsil məktəblərində dərslər sentyabrın 1-də başlayır, may ayının 25-i yekunlaşırdı. Bəs Bakı sakinləri bu məsələdə necə düşünür?

TV Musavat-ın əməkdaşları mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Hazırladığımız videosorğunu təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər