12 avqust tarixində Anadolu Universitetində Beynəlxalq Dostluq Gününə həsr olunan Beynəlxalq Liderlik Müsabiqəsinin Mükafatlandırma Mərasimi qürurla keçirildi. Mərasim Anadolu Universitetinin rektoru Prof. Dr.Fuat Erdal, Universitetin professor-müəllim heyəti, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru-Mükafatlandırma Komitəsinin sədri Azər Hətəmov və komitə üzvləri, mükafatçılar, tələbələr və Azərbaycanın və Türkiyənin media nümayəndələri də daxil olmaqla tanınmış elm adamlarını da,bir araya gətirərək onlayn formatda baş tutub.
Anadolu Universitetinin Beynəlxalq Liderlik Müsabiqəsi müxtəlif sahələr üzrə müstəsna xidmətlər göstərmiş, liderlik nümayiş etdirmiş peşəkarları qiymətləndirir və onlara mükafatlar təqdim edir. Bu ilki tədbir beynəlxalq əməkdaşlığın gücünü və sərhədləri,habelə mədəniyyətləri aşan davamlı dostluq bağlarını qeyd etdiyi üçün xüsusilə əlamətdar oldu.
Mərasimi giriş nitqi ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov bu Beynəlxalq Müsabiqənin əhəmiyyətindən, Anadolu Universiteti və Universitetin Azərbaycan Proqramlarının Türkiyə və Azərbaycan arasındakı əbədi və sarsılmaz dostluq, qardaşlıq bağlarını ən ümdə məsələ sayaraq bu amal uğrunda iki qardaş ölkənin liderləri tərəfindən atılan tarixi əhəmiyyətli addımlar və əldə olunan uğurlar barədə məlumat verdi.
Sonra tədbir iştirakçılarını salamlayan Anadolu Universitetinin Açıköğretim Fakültəsi Dekanı Prof. Dr. Ali Resül Usul beynəlxalq dosluq gününə həsr olunan bu müsabiqənin əhəmiyyətini qeyd edərək,Türkiyə və Azərbaycan dövlətləri arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin digər dövlətlərə və onların rəhbərlərinə bir örnək olduğunu bildirdi.
Tədbirdə çıxış edən Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal qlobal birliyin və anlaşmanın gücləndirilməsində liderliyin əhəmiyyətli rolunu vurğuladı və çıxışına bu sözlərlə davam etdi:”Türkiyə və Azərbaycan mədəni sərvətləri ilə bir-birini qidalandıran, sosial həmrəyliyi ilə bir-birini gücləndirən, strateji tərəfdaşlıqları ilə regional sabitliyə töhfə verən iki qardaş dövlətdir. Ticarət əlaqələrimiz günü-gündən güclənərkən, akademik əməkdaşlığımız gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirməkdə davam edir. Bu dərin əlaqələr təkcə bu günü deyil, gələcəyi də formalaşdıracaq,hər iki ölkənin firavanlığına və inkişafına xidmət edəcəkdir.”
Sonra rektor Fuat Erdal Beynəlxq Müsabiqənin müvafiq nominasiyaları üzrə qaliblərini tədbir iştirakçılarına elan etdi.
Belə ki,5 iyul 2024-cü il tarixindən etibarən başlanmış Müsabiqədə Qlobal Liderlik və İdarəçilik, Lider İş Adamı, Sülh Lideri, və İnnovasiyalar üzrə Liderlik nominasiyaları üzrə mükafatlar öz qaliblərini tapıb. Lider İş Adamı nominasiyası üzrə qalib Cemal Yanğın - Türkiyə Respubiklasının Xarici İqdisadi Əlaqələr Şurasının (Dış Ekonomik İlişgiler Kurulu-DEİK) üzvü,,Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sabiq sədri,İstanbul Çarşı şirkətinin təsisçisidir,
İnnovasiya üzrə Liderlik nominasiyasında qalib Dosent İlham Əhmədov – Azərbaycan Pedaqoji Universitetinin müəllimi, Təhsildə İnnovasiyaların tətbiqi mövzusunda çoxsaylı elmi məqalələrin müəllifi və tanınmış təhsil ekspertidir.
Sülh Lideri nominasiyası üzrə qalib Hülusi Kılıç -Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri,tanınmış diplomat, “İmza” İctimai Birliyinin Türkiyə Təmsilçisidir.
Qlobal Liderlik və İdarəçilik nominasiyası üzrə qalib Samir Novruzov – “Management Consulting Group” şirkətinin təsisçisi və Baş İcraçı Direktoru, Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür. İdarəçilik və Liderlik sahələrinə aid məqalələri “Management Consulting Journal”, “Open Journal Business and Management”, “Open Journal of Leadership” kimi beynəlxalq elmi jurnallarda dərc olunub.
Mərasim qaliblərin müsabiqənin təşkil edilməsinin və liderliyin əhəmiyyətli rolu baradə ürək sözləri ilə davam etdirildi.Tədbir fikir mübadiləsi aparmaq, nailiyyətləri qeyd etmək və qlobal əməkdaşlığın inkişafında beynəlxalq dostluğun əhəmiyyətini gücləndirmək üçün platforma rolunu oynadı.
Tədbirin sonunda iştirakçılar Anadolu Universitetinə və Anadolu Universiteti Azərbaycan Proqramlarına müvafiq fəaliyyət sahələri üzrə görkəmli liderləri qiiymətləndirdiyinə, həmçinin, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq üçün dostluğun və əməkdaşlığın vacibliyini vurğulayan belə bir önəmli mərasimin təşkilində göstərdiyi səylərə görə minnətdarlıqlarını ifadə etdilər.
Əlavə məlumat üçün *7772; +994 51 892 07 07; +994 70 892 07 07; +994 12 563 09 09 telefon nömrələri ilə əlaqə saxlayın.
Anadolu Universiteti haqqında:
Türkiyənin Eskişeher şəhərində yerləşən Anadolu Universiteti təhsil, tədqiqat və ictimai xidmət sahələrində mükəmməlliyə sadiqliyi ilə tanınan aparıcı təhsil müəssisəsidir. Qlobal liderlərin təşviqinə diqqət yetirərək, universitet tələbələrin dünyaya müsbət təsir göstərməsi üçün imkanların artırılmasına yönəlmiş geniş proqram və təşəbbüslər təklif edir.
Tehsil-press.az