DİA-da “Dövlət idarəçiliyində liderlik” mövzusunda təlim keçirilib

DİA-da “Dövlət idarəçiliyində liderlik” mövzusunda təlim keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlət idarəçiliyində liderlik” mövzusunda onlayn təlim keçirib.
İkigünlük təlimin ilk günündə giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edib. O, dövlət qulluqçuları üçün “Azərbaycan Respublikasının innovativ inkişafı uğurlu liderlik siyasətinin nəticəsi kimi” mövzunda təlim keçib. Rektor son illər, xüsusilə müharibə ərəfəsində və müharibədən sonra Prezident İlham Əliyevin bütün dünyaya örnək olan liderlik keyfiyyətlərindən söhbət açıb.
Sonra Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli dinləyicilər üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçib. O, liderlik nədir, liderlik və inzibatçı arasındakı fərqlər, uğurlu komandanın effektiv lideri, liderin funksiyaları, təşkiletmə bacarıqları və güclü tərəfləri, liderlik xüsusiyyətləri qrupları və s. kimi mövzulara toxunub.
Təlimin ikinci günü DİA-nın tədris şöbəsinin müdiri, Dövlət qulluğu və kadr siyasəti kafedrasının professoru Ziyafət Həbibova “Dövlət idarəçiliyində dəyişikliklərin idarə edilməsi” mövzusunda çıxış edib. O, dəyişiklik nədir, dəyişikliklərin idarə edilməsi strategiyası, dəyişikliklərin idarə olunmasının strateji xətti və s. problemlərə toxunaraq dinləyiciləri məlumatlandırıb.
“Liderlik etikası” mövzusunda olan interaktiv təlim Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənov tərəfindən keçirilib.
Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu tərəfindən təşkil olunmuş ikigünlük təlimdə dinləyicilərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər