Türkiyənin Anadolu Universitetinin rektoru professor Fuat Erdalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Türkiyənin Anadolu Universitetində müasir dövrün tələblərinə cavab verən qlobal distant tədris sistemi qurulub. Türkiyədə və 30-dan çox ölkədə distant formada ali təhsil alan tələbə sayına görə dünya universitetləri sırasında 3-cü, Avropa universitetləri arasında isə 1-ci yerdədir. Distant təhsil sahəsində 36 ildən çox təcrübəsi olan Anadolu Universiteti tələbələrinin sayı hazırda 1,5 milyon nəfərdir.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasında təhsil sahəsində əməkdaşlıq protokolu, həmin ildə “Mevlana” mübadilə proqramı çərçivəsində protokol imzalanıb. 2013-cü ilin may ayının 7-də Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində DİA-nın əməkdaşları da iştirak ediblər.
DİA-da keçirilən görüşdə əsasən universitetlərarası müəllim-tələbə mübadiləsi, imzalanan sənədlərin icra vəziyyəti, yeni istiqamətlər üzrə layihələrin təmin edilməsi, dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin mübadiləsinə yönələn fəaliyyət və distant təhsilin gələcəkdə genişlənməsinin aktuallığı barədə fikir mübadiləsi aparılıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. U.Ələkbərov qazanılan uğurların Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğunu da qeyd edib. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.
Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu qeyd edib.
Rektor inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.
Anadolu Universitetinin rektoru professor Fuat Erdal çıxış edərək DİA ilə imzalanan sənədlərin və əməkdaşlığın əhəmiyyətindən danışıb.
Rektor rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verərək postpandemiya dönəmindən sonra da distant təhsilin aktuallığını bildirib. O qeyd edib ki, Anadolu Universiteti qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini alıb. Elm, mədəniyyət, eyni zamanda, bir gənclik şəhəri olaraq xarakterizə edilən Əskişəhərin mərkəzində yerləşən Anadolu Universiteti 12 fakültə, 1 Dövlət Konservatoriyası olmaqla 3 ali məktəb, 2 peşə məktəbi, magistratura və doktorantura səviyyəsində olan 6 institut və 30 araşdırma mərkəzindən ibarətdir. Bu gün Anadolu Universiteti Türkiyə və 30-dan çox ölkədə distant formada ali təhsil verir.
Görüşdə Anadolu Universitetinin prorektorları professor İbrahim Kaya, professor Ali Resul Üsul, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yanğın, Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Dövlət İdarəçilik Akademiyasından isə prorektorlar professor Əlikram Abdullayev, dosent Cəfər Eyvazlı, şöbə müdirləri professor Ziyafət Həbibova, dosentlər Rəcəb Rəhimli, Yusif Ağayev iştirak ediblər.
Görüşdə çıxış edənlər hər iki təhsil və tədqiqat mərkəzlərinin əməkdaşlığının gələcəkdə səmərəli olacağına əminliklərini vurğulayıblar. Eyni zamanda, gələcəkdə birgə fəaliyyətə dair imzalanan memorandumun praktik icrasının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Tehsil-press.az