Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı “Erasmus+” proqramı çərçivəsində Türkiyəyə səfər edərək Anadolu Universitetinin akademik və inzibati heyətinin fəaliyyətini şərtləndirən idarəetmə sistemi ilə tanış olublar.
Anadolu Universitetinin Turizm fakültəsinin dekanı professor Oktay Emir və fakültənin “Erasmus+” proqramı üzrə koordinatoru və müəllimi Engin Bayraktaroğlu, Beynəlxalq şöbənin məsul əməkdaşı Lili Feng ilə görüşən ATMU əməkdaşları onlayn təhsil və mümkün əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
ATMU-nun Keyfiyyət təminatı şöbəsinin Keyfiyyətin planlaşdırılması və inkişafı bölməsinin rəhbəri Şirməmməd Məmmədov söhbət əsnasında Anadolu Universitetinin Turizm fakültəsinin əsas fəaliyyət istiqamətləri ilə – kurikulum üzrə turizm menecerləri və bələdçilər üçün təlimin təşkili, qastronomiya və kulinariya mütəxəssislərinin hazırlanması, tələbələrin peşəkar vərdişlərə yiyələnməsi, fakültə laboratoriyalarının və tətbiqi dərslərin formatı, o cümlədən təcrübə kitabçası, qiymətləndirmə və hesabat formaları ilə əyani tanışlıqdan məmnunluğunu bildirdi.
Biznes idarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyənin Anadolu Universitetinin uyğun fəaliyyətini ehtiva edən idarəetmə prosesi, infrastruktur və mövcud təcrübələrə dair irəli sürülən təkliflərin şübhəsiz reallaşacağını diqqətə çatdırıb. Universitetin digər əməkdaşı - Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İncə Əliyeva isə hər iki ali təhsil müəssisəsində beynəlmiləlləşdirmə strategiyasına dair təqdimatında mövcud çətinliklər və gözlənilən üstünlüklərdən bəhs edib.
Tehsil-press.az