Anadolu Universiteti Azərbaycan Proqramları Beynəlxalq Dostluq Günü şərəfinə 5 iyul 2024-cü il tarixində başlatdığı Beynəlxalq Müsabiqəni keçirməkdən qürur duyur. Bu mötəbər tədbir Qlobal Liderlik və İdarəetmə, Lider Sahibkar, Sülh Lideri və İnnovasiyalar Üzrə Liderlik nominasiyaları üzrə müvafiq sahələrdə müstəsna xidmətləri və töhfələri olan peşəkarları qiymətləndirmək və mükafatlandırmaq məqsədi ilə təşkil edilmişdir.
2011-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilən Beynəlxalq Dostluq Günü xalqlar, ölkələr, mədəniyyətlər və fərdlər arasında dostluğun, sülhə yönəlik addımları ruhlandırmaq və icmalar arasında körpülər qurmaq kimi səylərin vacibliyini vurğulayır. BMT müvafiq qətnaməsində gənclərin gələcəyin liderləri olaraq beynəlxalq dayanışma və müxtəlifliyə hörməti təşviq edən fəaliyyətlərə cəlb edilməsinin zəruriliyi vurğulanır.
Beynəlxalq Dostluq Gününün dəyərlərinə uyğun olaraq, Anadolu Universitetinin müsabiqəsi sivilizasiyalararası dialoqu, həmrəyliyi, qarşılıqlı anlaşmanı və uzlaşmanı təşviq edən liderliyi qeyd etmək və təşviq etmək məqsədi daşıyır. Müsabiqədə qiymətləndirilən idarəçilik, biznes və sahibkarlıq, innovasiya fəaliyyətləri, həmçinin, beynəlxalq əlaqələr və diplomatiya sahələrində sülh təşəbbüsləri üzrə liderlik nominasiyaların kriteriyaları Beynəlxalq Dostluq Gününün təşviq etdiyi idealları əks etdirmək üçün diqqətlə müəyyənləşdirilmişdir.
Hər bir nominasiya üzrə mükafatlar Anadolu Universiteti Azərbaycan Proqramlarının Mükafatlandırma Komitəsi tərəfindən öz sahələrində görkəmli töhfələr və liderlik nümayiş etdirmiş peşəkarlara təqdim olunacaq. Universitetin bu təşəbbüsü nəinki Beynəlxalq Dostluq Gününün ruhunu şərəfləndirir, həm də sülh və qarşılıqlı uzlaşma mədəniyyətinin təşviqi ilə əlaqədar qlobal səylərə töhfə vermiş olur.
Birləşmiş Millətlər Təşkilatı hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını Beynəlxalq Dostluq Günü vasitəsilə dialoqun, qarşılıqlı anlaşmanın və uzlaşmanın təşviqi istiqamətində beynəlxalq ictimaiyyətin səylərinə töhfə verən tədbirlər qeyd etməyə çağırır. Universitetin keçirtdiyi bu Beynəlxalq Müsabiqə də belə bir təşəbbüsün bariz nümunəsidir.
Anadolu Universiteti bu tədbiri keçirtməklə, YUNESKO-nun Sülh Mədəniyyəti adı altında irəli sürdüyü, zorakılığı rədd edən və münaqişələrin köklü səbəblərini aradan qaldıraraq konfliktlərin yaranmasının qarşısını almaq məqsədi daşıyan dəyərlər, rəftar və davranışlar toplusu təklifinə dəstəyini ifadə etmiş olur. Bu müsabiqə müstəsna liderliyi tanımaqla yanaşı, həm də qarşılıqlı anlaşma və əməkdaşlıq vasitəsilə münaqişələrin həlli və sülhün təşviqinə sadiqliyini ifadə etdirmiş olur.
Anadolu Universiteti Azərbaycan Proqramları 5 iyul 2024-cü il tarixindən etibarən dörd nominasiya üzrə nominantların təqdim olunması üçün ali təhsil müəssisələri, akademiyalar, ictimai-təşkilatlar, özəl, dövlət və qeyri-kommersiya təşkilatları, hökumət üzvləri, idarəetmə və liderlik, beynəlxalq biznes, innovasiyalar, beynəlxalq əlaqələr və diplomatiya sahələri üzrə professorlar, sahibkarlar, məsləhətçilər və təşkilatların idarə heyəti üzvlərinə müraciət etmişdir. Həmçinin,Anadolu Universiteti müraciət etdiyi qurum və təşkilatlardan əlavə olaraq, qeyd edilmiş fəaliyyət sahələri üzrə ixtisaslaşmış bütün qurum və təşkilatların rəhbərlərindən və məsul şəxslərindən müsabiqədə iştirak etmək üçün öz namizədlərini təqdim etmələrini xahiş edir.
İştirak etmək üçün, namizəd(lər)inizin peşəkar tərcümeyi-halını və müəyyən edilmiş nominasiyalara uyğun olaraq peşəkar və akademik nailiyyətlərini aydın şəkildə müəyyən edən tövsiyə məktubunu [email protected] ünvanına göndərin. Namizədlərin peşəkar tərcümeyi-hallarının təqdim olunması üçün son tarix 5 avqust 2024-cü il saat 14:00-dır. Müsabiqənin şərtləri barədə ətraflı məlumat əldə etmək üçün +994 51 892 07 07; +994 70 892 07 07; və ya +994 12 563 09 09 nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.
Tehsil-press.az

Anadolu Universiteti Azərbaycan Proqramları
Tehsil-press.az