“Murad Dadaşov nə olsun kürsüdədir, Acun da kanal rəhbəridir” – Rafael İsgəndərovdan

“Murad Dadaşov nə olsun kürsüdədir, Acun da kanal rəhbəridir” – Rafael İsgəndərovdan “Azərbaycan kanallarına az baxıram. Məsələn, İctimai Tv-də maraqlı layihələr olur. Mənə maraqlı olan verilişdir. Hansı kanala çevirirsən, mətbəx, musiqiçilər, divan və aparıcıdır. Baxırsan ki, qonaq 1 saatdan sonra o biri kanaldadır. Kanalın loqosu dəyişməsə, elə bilirsən ki, həmin veriliş davam edir. Məzmun qıtlığıdır. Yəqin, bütün bunları tamaşaçının zövqünə uyğun edirlər”.

Bu sözləri Əməkdar artist Rafael İsgəndərov “Künc-bucaq” yutub layihəsində deyib.O, kanalları tənqid edib:“Hər kanalın bir verilişi var ki, reytinqləri qırır: Zaur Kanal, Zaur Baxşaliyev, Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaşın verilişləri. Bunu da tamaçaşı istəmir. Amma baxılır ki, reytinq qazanırlar. Bəlkə də problem kanal sayının çoxluğundur. Biz seriallara görə çox türk kanalının adını əzbər bilirik.

Məsələn, məndən soruşublar ki, “Survivor” kimi verilişi bizdə niyə etmirlər? Təşəbbüs göstərsəm, hansı kanala getsəm, deyəcək, sponsorunu gətir. O veriliş əziyyəti çoxdur. Düzdür, əziyyətsiz iş yoxdur. Çətinliklər çoxdur. Onu Azərbaycanda çəkmək üçün hər cür şərait var. Bunu bərk istəsək, etmək olmaz?

Murad Dadaşovun ( Xəzər TV-nin rəhbəri, Xalq artisti – red.) “Maşın şou”su maraqlı deyildi? Belə bir layihə etmək olmaz ki? Nə olsun, kürsüdədir? Acun (“TV 8″in rəhbəri Acun Ilıcalı – red.) da çox böyük kürsüdədir. Nə olsun? O, da böyük kanalın rəhbəridir. Bu, reallıqdır. Özü veriliş aparır, prodüserlik edir. Mən inanmıram ki, Murad Dadaşov da eləcə kresloda oturacaq. Yəqin ki, o layihəni davam edər”./axsam.az/

Tehsil-press.az

Oxşar xəbərlər