Saakaşvilidən “Gürcü Arzusu”na ağır ittiham: İndiyə qədər eşidilməyən xəyanətdir

Saakaşvilidən “Gürcü Arzusu”na ağır ittiham: İndiyə qədər eşidilməyən xəyanətdir Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim “Gürcü Arzusu” partiyasını dövlətə “ən eşidilməyən xəyanət”də ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.

Siyasətçi Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin bəyanatına belə cavab verib. Rusiyalı diplomat 2008-ci ilin avqust müharibəsi ilə bağlı Moskvanın mövqeyini dəstəkləmək üçün “Gürcü Arzusu”nun bəyanatına istinad edib.

Qeyd edək ki, “Gürcü Arzusu” 2008-ci ildə Rusiya ilə müharibəyə görə Saakaşvili hakimiyyətinin günahkar olduğunu bildirmişdi.

“Dünən BMT-də gördüklərimiz Gürcüstanın çoxəsrlik tarixində ən eşidilməyən xəyanətlərdən biridir.

Hətta Hitlerin işğal altında olan Fransadakı marionet Vişi hökuməti də Birinci Dünya Müharibəsində və İkinci Dünya Müharibəsinin əvvəlində Almaniyaya qarşı vuruşan soydaşlarını qınamaq fikrində olmayıb.

Bu cür xəyanət İvanişvilinin nou-hausu və Gürcüstanı sevən hər kəs üçün ölkəni rejimdən geri qaytarmaq üçün aydın siqnaldır. Əks halda, Gürcüstan dövləti dünya xəritəsindən həmişəlik yox olacaq.

Bu bir partiya və ya hətta siyasi məsələ deyil, bu, çox gec olmadan hər bir gürcünün özünü qorumaq instinktini nümayiş etdirmək üçün bir hadisədir və biz artıq ölkəmizi xilas edə bilməyəcəyimiz bir vəziyyətə düşmüşük”, - Saakaşvilinin “Facebook” səhifəsində yazılıb.

Tehsil-press.az

Oxşar xəbərlər