Kolleclərə qeydiyyat prosesi uzadılıb

Kolleclərə qeydiyyat prosesi uzadılıb Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.

Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər