Rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb

Rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb Avqustun 28-i saat 11:00-da ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
Müraciətçilər https://portal.edu.az/ sistemi vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyat prosesi sentyabrın 6-da saat 18:00-da başa çatacaq. Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər