Keçmiş idmançı faciəvi şəkildə öldü - YENİLƏNİB

Keçmiş idmançı faciəvi şəkildə öldü - YENİLƏNİB 10:26

Şirvanda iki gün əvvəl yolu keçərkən avtomobilin vuraraq öldürdüyü 75 yaşlı şəxsin tanınmış SSRİ idman ustası, Əməkdar müəllim olduğu məlum olub.

APA bildirir ki, Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərov sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar idman müəllimi olub.

2024.08.23

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report.az xəbər verir ki, hadisə Şirvan Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Ələkbərov Sabir Zeynalabdin oğlu yolu keçərkən avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər