Ağır qəza baş verib: Xeyli sayda yaralı var

Ağır qəza baş verib: Xeyli sayda yaralı var Hacıqabulda zəncirvari yol qəzası olub.

Rayonun Qarasu kəndi ərazisində baş verən yol qəzası zamanı hərəkətdə olan yük maşını aşaraq iki mikroavtobusa çırpılıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları - 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Alparslan Ferhad, Bakı şəhər sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri - 2006-cı il təvəllüdlü Verdiyeva C. Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türkiyə vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Tehsil-press.az

Oxşar xəbərlər