Bir araya toplaşaraq muzey açılışında çıxış edənləri dinləyən kütlədən aralıda dayanmış yaşlı kişini mənə göstərən özbək həmkarlarım onu “əfsanə rektor, böyük diplomat” kimi təqdim etdilər. Nurani, xarizmatik görünüşlü ağasaqqal idi. İlk baxışdan onu azərbaycanlıya oxşatdım, üstəlik, ağsaqqalın adının Yusif Abdullayev olduğunu dedikləri zaman yəqinlik yarandı ki, bu kişinin Azərbaycanla bağlılığı var. Zənnim məni aldatmadı, bağlılıq varmış, amma necə bir bağlılıq.
Həmkarlar Yusif müəllimin maraqlı həmsöhbət olacağını dedilər. Yaxınlaşdıq, salamlaşdıq. Mən ona Azərbaycandan, Bakıdan gəldiyimi, jurnalist olduğumu deyəndə ağsaqqalın gözü işıldadı: “Ooo, Azərbaycan! Mənə əziz yerdir Azərbaycan”.
Mənim “necə, nə cür” sualı verməyimə ehtiyac qalmadl, Yusif müəllim özü dedi: “Mənim qayınanam azərbaycanlıdır, gəncəli qızıdır. Azərbaycanda çox olmuşam. Yoldaşım da, övladlarım da Gəncəyə çox gediblər”.
Bu barədə bəzi detalları sonra yazaram. İndi isə baxaq görək, ölkəsində məşhur adam olan rektor Yusif Abdullayev kimdir.
O, xarici ölkələrin tarixi, pedaqogikası və filologiyasına dair 200-dən çox elmi əsərin müəllifidir, professordur. Onu yaxından və çoxdan tanıyan adamlar deyirlər ki, Yusif Neqmatoviç Özbəkistanın ən böyük intellektuallarından biridir, tarixi, ədəbiyyatı, siyasəti əla bilir, eruditdir, biliyi, təcrübəsi zəngindr. O, Nyu-York Elmlər Akademiyasının, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Rusiya), Beynəlxalq Yaradıcılıq Akademiyasının həqiqi üzvüdür.
Y.Abdullayev Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, elmi katibi, xalq təhsili nazirinin birinci müavini, Özbəkistan Respublikası Nazirlər Kabinetinin elm və təhsil şöbəsinin müdiri vəzifələrində çalışıb.
Yenidənqurma illərində Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Sov.İKP MK-nın aparatında, Moskvada işləyib. Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya şöbəsi müdirinin (1989) birinci müavini olub.
1979-cu ildən ABŞ, İngiltərə, İtaliya, Finlandiya, Misir, Koreya Respublikası və digər ölkələrin universitetlərində mühazirələr oxuyub. 1980-1983-cü illərdə Əfqanıstanda Sosial Elmlər İnstitutunun dekanı olub. Daha sonra Səmərqənd Dövlət Universitetinin Xarici dillər fakültəsinin dekanı işləyib.
1992-94-cü illərdə Yusif Abdullayev Özbəkistan Respublikasının Rusiyada ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
1994-2003-cü ilin martında yeni yaradılmış Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru vəzifəsində işləyib.
Onun “əfsanə rektor” kimi tanınması da bu vəzifədən başlayır. 2003-cü il martında onu vəzifəsindən azad ediblər. Buna etiraz edən minlərlə tələbə martın 24-də vilayətin icra hakimiyyəti binasının qarşısında nümayiş keçirib. Tələbələr onu çox sevirmişlər.
2003-cü ilin mayından o, Koreya Respublikasının Çonnam Milli Universitetinin professorudur. Üç ölkənin (Özbəkistan, Rusiya, Əfqanıstan) orden və medalları ilə təltif olunub.
Hazırda 78 yaşlı Yusif Abdullayev yeni yaradılmış Səmərqənd Beynəlxalq Teznologiya Universitetinin rektorudur. Görünür, yeni yaradılmış universitetləri ərsəyə gətirmək onun alın yazısıdır.
Yusif müəllim deyir ki, universitet iki ildir yaradılıb, 9 fakültəsi, indilikdə 500 tələbəsi var və onları müxtəlif sahələr üzrə mühəndis olaraq yetişdirirlər. Bundan ötrü universitetə 19 ölkədən müəllimlər dəvət edilib. Rektor universitetin gələcəyinə və Özbəkistan üçün çox faydalı olacağına inanır.
Arada başqa jurnalistlər də sözümüzün arasına girdilər və mən bu səmimi və söhbətcil kişini Azərbaycanla qohumluğunun necə yarandığı mövzusunun üzərinə gətirə bilmədim. Amma ilk fürsətdə soruşdum və Yusif müəllim öz həyat hekayəsini qısa şəkildə danışdı:
- Sovet-alman müharibəsindən sonra, 1947-ci ildə mənim qayınatam Arar Qafqazda, Gəncədə, o vaxtkı Kirovabadda xidmət edib. Qayınatam Gəncədə Dilşadə adlı bir qızı görüb, tanış olublar, bir-birini bəyəniblər. Amma o zaman qayınatamın 20, Dilşadənin 16 yaşı olub. Yəni dərhal evlənmələri mümkün olmayıb. Arar Səmərəndə qayıdıb, amma Dilşadəyə də söz verib ki, məsafənin uzaq olmasına baymayaraq, mütləq evlənəcəklər. O zamanlar qayınatamgil Səmərqəndin uzaq bir qışlağında yaşayırmışlar. Arar tərxis olunub doğma qışlağına qayıdandan sonra valideynlərinə deyib ki, Gəncədə bir qız sevib, onu alacaq. Valideynlər Ararın sözünü ciddi qəbul ediblər, onu niyyətindən daşındırmağa çalışmayıblar və durub nəqliyyatın o çətin vaxtlarında, telefon ünsiyyətinin olmadığı dövrdə Səmərqəndin qışlağından gediblər Gəncəyə, elçiliyə. Beləcə, izdivac baş tutub, gəncəli qızı gəlib olub səmərqəndli. Çox keçmədən özbək və tacik dillərini öyrənib, övladlarının dördünün də ali təhsil almasına nail olub. Onun böyük qızı Tənzirə də mənim qismətimə düşdü. Deyim ki, çox ziyalı qadın idi. Bu ilin əvvəlinə qədər həyatdaydı. 92 yaşı vardı. Amma ta Gəncəyə gedib-gələ bilmirdi, ürəyinə salırdı. Bu ilin fevral ayında vəfat etdi. Mən də yoldaşıma dedim ki, ananın son arzusunu yerinə yetirmək lazımdır. Yoldaşımı və qızımı Gəncəyə göndərdim ki, gedib qohum-əqrəba üçün hüzr məclisi təşkil etsinlər... Bax, belə bir həzin hekayət.
Həmin günün axşamı təntənəli məclisdə Yusif Abdullayevin əbəs yerə “böyük diplomat” adlandırılmadığının da şahidi oldum. Səmərqənddə keçirilən “Böyük əcdadların irsi - Üçüncü İntibahın təməli” VIII beynəlxalq konqresinin açılış mərasimində Səmərqəndin ən hörmətli ziyalısı kimi ona söz verdilər. Yusif müəllim əvvəlcə hamını özbək dilində salamladı, qısa nitq söylədi. Sonra o, rusların həsəd aparacağı bir səlislikdə və rəvanlıqda rusca çıxış etdi. Daha sonra o, çıxışını tacik dilində davam etdirdi, Anadolu türkcəsində də danışdı. Lap axırda isə görkəmli rektor ingiliscə çıxış etdi. Amma necə bir ingiliscəydisə, zaldakı ingilisdillilər hər cümləsindən sonra onu alqışlayırdılar. 78 yaşlı ağsaqqal bir dəfə də olsun çaşmadı, dilini sürümədi, nəfəs dərmədi. Bu cür sinədəftər natiqlərə rast gəlmək nadir hallarda olur.
Beləcə, Gəncənin kürəkəni həm də poliqlot imiş. Bu cür adamları görəndə deyirsən, ömrün uzun olsun, ağsaqqal.
Tehsil-press.az