Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır.
Fevralın 10-u Yaqub Mahmudovun anadan olmasının 85-ci ili tamam olur.
O, 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində dünyaya göz açıb. 1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbini bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb. 1962-1966-cı illərdə aspiranturada təhsilini davam etdirib. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri” adlı namizədlik dissertasiyası, 1989-cu ildə isə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri” adlı doktorluq dissertasiyası müdafiə edib. 1991-ci ildə professor elmi adı alıb.
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasında (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində baş direktor, 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda (indiki Tarix və Etnologiya İnstitutu) direktor işləyib.
Görkəmli alim 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib.
O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. 1000-dən çox elmi əsərin müəllifidir. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət Mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 18 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub.
Tarixçi alim diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetişib.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olub və YAP‐ın I və III qurultaylarında çıxış edib. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. YAP Veteranlar Şurasının üzvüdür.
O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi və 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür. “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “Ataman Anton Qolovatıy” ordenləri ilə təltif olunub. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qələm”, “Humay” və digər çoxsaylı mükafatların laureatıdır.
Akademik Yaqub Mahmudov bir sıra beynəlxalq mükafatlara, o cümlədən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və Beynəlxalq Atatürk Mükafatına layiq görülüb və XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.
Ulu Öndər Heydər Əliyev görkəmli tarixçimizin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu “böyük alim”, “böyük tarixçi” adlandırıb.
Tehsil-press.az