Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə professor Yusif Yusifovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Yusif Yusifovun ailə üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov görkəmli Azərbaycan tarixçisi Yusif Yusifovun elmi fəaliyyətindən bəhs edib. Rektor qeyd edib ki, o, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan alimlərdəndir. 1967-ci ildə pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf edib. Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-cü ildə ömrünün ən dəyərli kitablarından birini - ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirib. Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirib, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazaraq çap etdirib, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S.Kərimovla birlikdə dərsliyin müəllifidir. Yusif Yusifovun maraq dairəsi Azərbaycan tarixinin demək olar ki, dörd minillik dövrünü əhatə edirdi. O, ali məktəblərdə fundamental elmi vəsait olan “Azərbaycan tarixi” dərsliyinin redaktoru (akademik Ziya Bünyadovla birlikdə) və müəlliflərindən olub.
Tədbirdə “Professor Yusif Yusifovun elmi nailliyyəti”, “Azərbaycan tarixşünaslığına Yusif Yusifovun elmi töhfəsi”, “Uşaqlıq dostu, ömür dostu”, “Yusif Yusifovun Azərbaycan tarix elminə gətirdiyi yeniliklər”, “Yusif Yusifovun tədqiqatlarında etnogenez”, “Unudulmaz müəllim, böyük alim” mövzularında məruzələr dinlənilib.
Konfransda Yusif Yusifovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mətbuat Xidməti