Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Yusif Məmmədəliyev adına lektoriya yaradılacaq

Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Yusif Məmmədəliyev adına lektoriya yaradılacaq Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov və həmin universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Asəf Zamanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
Institutun direktoru, akademik Vaqif Abbasovla görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Sonra C.Cəfərov çıxış edərək ADPU-da akademik Yusif Məmmədəliyev adına lektoriyanın yaradılacağını diqqətə çatdırıb.
Görüş zamanı NKPİ ilə ADPU arasında əməkdaşlıq müqaviləsinin bağlanması haqqında razılıq əldə edilib.
Sonda qonaqlar institutda yaradılmış Yusif Məmmədəliyev memorial muzeyi ilə tanış olublar.

ADPU-nun Mətbuat xidməti

Oxşar xəbərlər