Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri - Yusif Məmmədəliyev” adlı onlayn tədbir keçirilib.
tədbirdə Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov dünya şöhrətli alim Yusif Məmmədəliyevin Azərbaycanın kimya elminin inkişafındakı rolu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və BDU-nun rektoru olduğu dövrlərdə məhsuldar elmi, eləcə də ictimai-siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov Yusif Məmmədəliyevin həyat və yaradıcılığı haqqında danışaraq görkəmli alim Nikolay Zelinskinin tələbəsi olan Y.Məmmədəliyevin Azərbaycan neft-kimya elminin, kimya sənayesinin, bir çox elmi-tədqiqat müəssisələrinin yaranmasındakı xidmətlərindən bəhs edib. Tədbirdə İbrahim Məmmədov görkəmli alimin xatirəsinə həsr olunmuş “Yanacaqlar, bioyanacaqlar, bioloji aktiv maddələrin alınması və xassələrinin tədqiqi” adlı elmi məruzə ilə çıxış edib.
Kimya fakültəsinin dekan müavini, dosent Taleh Qəhrəmanov, professorlar Namiq Şıxəliyev, Rasim Alosmanov, Musa Bayramov çıxış edərək görkəmli alimin şərəfli ömür yolu, gənc nəslin yetişməsindəki xidmətləri, qiymətli elmi kəşfləri haqqında danışıblar.
Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev çıxışında Yusif Məmmədəliyev irsini öyrənməyin hər bir kimyaçının mənəvi borcu olduğunu vurğulayıb.
Sonda Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tehsil-press.az