Nəsiman Yaqublu dəfn edildi

Nəsiman Yaqublu dəfn edildi 13:32

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

Qeyd edək ki, Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında həlak olub.

Nəsiman Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

Allah rəhmət eləsin!/APA/

09:18

Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

Bu barədə apa.az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, dəfn mərasimi saat 13:00-14:00 üçün nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər