Azərbaycan Universitetində keçirilən ənənəvi “Azərbaycan Xalq Cümhuriyyəti-100” mühazirələrinin növbəti qonağı AXC irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu olub.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov açaraq AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu və Azərbaycan Universitetində il ərzində bu istiqamətdə müxtəlif yönlü tədbirlər keçirildiğini xatırladıb. Nəsiman Yaqublunun tədqiqat sahəsi haqqında məlumat verən prorektor bildirib ki, tarixçi alimin “Cümhuriyyət qurucuları” kitabı uzunmüddətli ciddi axtarış və tədqiqatların nəticələrini əks etdirir.
Nəsiman Yaqublu qeyd edib ki, kitab 23 aylıq müddət ərzində əsasən dövlət idarəçiliyinə başçılıq etmiş nazirlərin həyat və fəaliyyəti haqqındadır, bu görkəmli şəxsiyyətlərin qısa müddət ərzində gördüyü işləri əhatə edir. Kitabın ərsəyə gəlməsində Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivləri ilə yanaşı şəxsi arxivlərdən də istifadə edilib.
Tarixçi alim kitabla eyni adı daşıyan mühazirədə İstiqlal Bəyannaməsinin hazırlanması, Bakı uğrunda aparılan mübarizə və onun erməni-bolşevik işğalından azad edilməsi, İrəvanın Azərbaycanın tərkibində saxlanıla bilməməsinin səbəbləri kimi məsələlərə toxunub, iştirakçılara sənədlərə istinad etməklə Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş 59 nəfər cümhuriyyət qurucusunun həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlar, maraqlı faktlar çatdırıb.
Universitetin AXC auditoriyasını da ziyarət edən Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabını imzalayaraq Universitetin kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi